Dünya 15:43 06.09.2013

Mələk simalı, pəhləvan vücudlu qız - FOTOLAR

17 yaşlı rusiyalı Yuliya Viktorovna Vinsi "mələk simalı, kişi bədənli qız" adlandırırlar.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, "mələk üzlü, çini dərili gözəllər" kimi tanınan rusiyalı Anastasiya Şpaqina və Anjelika Kenovadan daha da populyar olmağa başlamış Yuliya özünü daha qətiyyətli, əmin hiss etmək üçün bodibildinqlə məşğul olmağa başladığını deyib.
 
"Bodibildinqlə məşğul olduğun ilk ildə sistemli şəkildə məşq etmirdim. Buna görə də peşəkar məşqçiyə ehtiyacım vardı. Oxuduğum məktəbin idman müəllifi ilk məşqçim olması. Onun ağırlıq qaldırma ilə məşğul olması məşqlərimə ciddi təsir etdi", - Yuliya deyir.
 
Bütün əzələlərini eyni səviyyədə inkişaf etdirməyə çalışan Yuliya bir ildə çox ciddi nailiyyətlərə sahibdir.
O, sentyabrda ağırlıq qaldırma üzrə ilk yarışına qatılacaq.
 
İnternetdə yayılan şəkillərinə yazılan şərhlərə fikir vermədiyini deyən Yuliya soyuqqanlıdır.
"Tənqidlərə və təhqirlərə əsla fikir vermirəm. Bəziləri xəyallar aləmində yaşayırlar", - Y.Vins deyib.

Qaynar.info