Ekonomiks 10:27 16.10.2013

Məlumatları milyon il saxlaya bilən disk yaradılıb

Məlumatları milyon il saxlaya bilən sərt disk yaradılıb. 

Ictnews saytın xəbər verir ki, bu yenilik alman və holland mühəndislər qrupu tərəfindən hazırlanıb. Yeni sistem bir dəfə yazmaq imkanına malikdir, lakin bu yazı milyon il saxlanılacaq. Əgər mükəmməl saxlama şəraiti yaradılsa, bu göstərici milyard il də ola bilər. 

Yeni metodika müəlliflərinin sözlərinə görə, lent və ya sərt diskə müasir maqnit yazılışı texnologiyaları kifayət qədər etibarlıdır və uzun müddət məlumatları saxlamağa icazə verir. Bu müddətin ömrü maqnitləşdirmənin gücü və havanın temperaturundan asılıdır. Birinci çox, ikinci az olarsa, yazı daha uzunmüddətli olacaq.

Qaynar.info