Sənət 13:55 14.10.2014

Məmurların portretlərini çəkdi - FOTOLAR

Naxçıvanlı rəssam İlham Mirzəyevin əl işləri arasında azərbaycanlı məmurların da portretləri var. 

“Qafqazinfo”xəbər verir ki, rəssam mərhum prezident Heydər Əliyev, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin portretlərini çəkib. 

Mirzəyevin bu əl işləri diqqətdən kənar qalmayıb. Vasif Talıbov rəssama Naxçıvan MR-nın 85 illiyinə Azərbaycan Milli Bankı tərəfindən buraxılmış "Qızıl xatirə sikkə"ni hədiyyə edib. 

Qaynar.info