Siyasət 21:42 06.06.2013

“Mənə Milli Şurayla bağlı sual verməyin”

Məlum olduğu kimi, iyunun 7-də Milli Şuranın ilk geniş toplantısı keçiriləcək. Toplantıda MŞ-nin bəyannaməsi və tərkibi ilə bağlı siyahı açıqlanacaq.

Milli Şurada iştirak edib-etməyəcəyi maraq doğuran şəxslərdən biri də Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyndir. 

P.Hüseynin qurumun tərkibinə daxil edilib-edilmədiyini dəqiqləşdirmək üçün siyasətçiylə əlaqə saxladıq. P. Hüseyn AzNews.az-ın bu barədə sualını eşitdikdən sonra “Milli Şuşa ilə bağlı mənə sual verməyin. Milli Şuranın işləri ilə İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov məşğul olur. Suallarını da onlara verin” deyib, telefona söndürdü. 

Siyasətçinin bu cavabından ehtimal etmək olar ki, o, Milli Şuranın sabah elan olunacaq tərkibində olmayacaq. Adı siyahıya salınmadığı üçün də bu cür bir qədər incik, bir qədər əsəbi reaksiya verdi.

Qaynar.info