Sənət 14:44 23.04.2014

Mənə sizin tərbiyəniz lazım deyil - ŞEİR

Qalib Şəfahət

DAHA İNANMAYACAM

Sizin  tərbiyəniz gərək deyil
Daha mənə…
Sizin öyüdünüzün bəlasını çəkirəm,
Yaramadı bir işimə.
Nəyimə gərək idi oxumaq-yazmaq?
Yaxud,
Düz yolda olmaq.
Düz yolla hara qədər gedim?
Hey göz baxdıqca uzanır
Boz ,qumlu səhra kimi.
Siz mənə öyrətsəydiniz ev yıxmaq,
Birinin çıl-çıraqlı sarayını yıxardım.
Yerində özümə nəsə qaralaya bilərdim.
Ev tikmək asandır elə-belə?
Siz kostyum tutmaq öyrədəydiniz mənə,
Heç olmasa bahalı kostyumlara əlim dəyərdi,
Gözüm görərdi.
Göz gördüyünün kirayə haqqı da var.
Siz portfel daşımaq öyrədəydiniz.
O qalstuklu, portfelli kişi deyərdilər mənə.
Siz mənə cib yırtmaq öyrədəydiniz.
Gecələr üzü qoylu yatıram elə-belə.
 siz  mənə üzə gülmək öyrədəydiniz,
üzü gülən deyərdilər mənə.
daha heç nə…
inanmayacağam,
nə atama, nə anama…