Ölkə 10:24 03.05.2013

“Məni öldürmək istəyirlər”

Sabiq rektor istintaq üçün Bakıya gəlməyəcəyini bəyan etdi
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, son vaxtlar yaydığı qalmaqallı videolarla gündəmdə olan Elşad Abdullayev yeni iddia ilə çıxışb. Qaynar.info-nun məlumatına görə, o, “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, hazırda yaşadığı Fransada izlənilir. Bir neçə dəfə deportasiyasına cəhd edildiyini bildirən Elşad Abdullayev həyatı ilə bağlı təhlükə olduğunu bəyan edib: “İndiki vəziyyətdə məni Sevinc Babayevasayağı öldürmək istəyirlər.
Elşad Abdullayev sabiq millət vəkili Gülər Əhmədovanın onun Bakıda gəlməsi ilə bağlı tələbinə də toxunub: “Bugünkü vəziyyətdə bu, mümkün deyil. Çünki istintaq qeyri-obyektiv aparılır. Bu qədər videofaktlar olan halda araşdırmalar göz qabağındadır. Halbuki bir video faktım kifayətdir. Gözlə görünən, qulaqla eşidilən şeylərə görə bunlar saxta rəylər alırlar. Bunların istintaqı qeyri-obyektivdirsə, mənim ora gəlməyimin nə mənası var?”.

Qaynar.info