Maqazin 11:58 27.10.2014

“Məni şantaj edirlər...” - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə qohumları tərəfindən şantaj olunduğunu deyib. 

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu barədə 106.3 FM –də dj Kazımın qonağı olarkən deyib: “Bu həyatda heç kimə inam yoxdur. Bəzən oğluma da deyirəm ki, sənə inanmıram. Baxmayaraq ki, mən ailəmdən və övladlarımdan çox razıyam. Mən ailəmdən savayı bir çox qohumlarıma maddi yardım edirəm. Bəzən bu yardım gecikəndə məni şantaj edirlər. Hətta bu yaxınlarda qohumum mənə zəng edib dedi ki, pul göndərməsən, Zaur Baxşəliyevin “Öz aramızda” verilişinə çıxacağıq. Təsəvvür edin, soyadımı daşıdığım adamlar bunu deyir. Mən bundan sonra kimə inanmalıyam?”

Qaynar.info