Sənət 15:38 31.05.2014

Mənsum İbrahimov dəvətlərdən niyə imtina edir?

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov bir müddət yaradıcılığına ara verib.

O, bu barədə AzNews.az-a açıqlamasında bildirib. Sənətkar bunun səbəbini anasının ölümü ilə əlaqələndirib: “Anam dünyasını dəyişib. Bu üzdən də mənə gələn bütün dəvətləri qəbul edə bilmədim”.

Amma buna baxmayaraq o, Opera və Balet Teatrının səhnəsinə çıxacağını bildirib: “Opera və Balet Teatrında rollarım var. Nə qədər yasda olsam da onları oynamalıyam”.

Qaynar.info