Meral Akşener Elçibəyin xanımının vəfatı ilə əlaqədar başsağlığı verdi (FOTO)

Meral Akşener Elçibəyin xanımının vəfatı ilə əlaqədar başsağlığı verdi (FOTO)

Türkiyənin İYİ Partiyasının lideri Meral Akşener Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə əlaqədar başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, partiya lideri bu barədə "Twittter"də yazıb.

"Türk dünyasının birləşəməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparmış, rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı ititrməyin təsəvvür edilməz kədərini yaşayıram. Rəbbim məkanını cənnət eləsin”, deyə Meral Akşener qeyd edib.

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR