Ölkə 17:05 16.07.2019

Mərhum generalın oğluna rütbə verildi, DSX-də xidmətə başladı

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akademiyasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev DSX Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.

E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.