Video 17:23 03.03.2018

Mərhum nazir Natiq Əliyevin nəvəsindən yeni mahnı (FOTO/VİDEO)

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə ilk mahnısını təqdim edib. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Fərhad Əliyevin birinci evliliyindən olan qızı "Vorobey” adlanan mahnı oxuyub. Onun ifası "ITunes Store” musiqi mağazasına, həmçinin "Youtube"a yüklənib. 

Aliyə daha əvvəl də "Zima” uşaq festivalına qatılmışdı.
 
Qeyd edək ki, Fərhad Əliyev hazırda Safurə Əliyeva ilə ailəlidir. Onun bu nikahdan iki övladı var.