Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşının səhhəti ağırlaşıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, aktyorun Gülzar Quliyeva insult keçirib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı aktyorun həyat yoldaşı ilə əlaqə saxladıq. Gülzar Quliyeva məlumatı təsdiqlədi:
"Bir həftədir vəziyyətim pisdir. Yeriyə bilmirəm, yataqdayam. Bilmirəm necə olacam".
Qeyd edək ki, Arif Quliyev 70 yaşında koronavirusdan dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Bahar Rüstəmli
Şərhlər