Dünya 10:29 15.10.2018

Merkel Bavariyada hakimliyini itirdi

Almaniyanın Bavariya ştatında keçirilən səsvermədə kansler Angela Merkelin rəhbərlik etdiyi koalisiyanın üzvlərindən Xristian Sosial İttifaqı parlamentdəki 205 yer uğrunda mübarizədə mütləq hakimlik statusunu itirib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 1957-ci ildən bəri Bavariyanı idarə edən Xristian Sosial İttifaqı 2013-cü illə müqayisədə səs itirərək sadəcə 37% dəstəyə yiyələnib. Ətraf mühit və miqrasiya prosesinə verdiyi dəstəklə bilinən Yaşıllar Partiyası 18% səslə 2-ci yerdə qərarlaşıb. Almaniya üçün Alternativ Partiyası 10%, Sosial Demokratlar isə 9,5% dəstəyə yiyələnib.

Seçkilərdə səsvermə hüququna sahib 9,5 milyon nəfərin 72,4%-i iştirak edib.

Gülşən