Dünya 10:55 15.09.2019

Mərkəzi Afrikada silahlı qarşıdurma: azı 23 ölü var

Mərkəzi Afrika Respublakasında silahlı qruplar arasında qarşıdurma qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, BMT-nin məlumatına görə, qarşıdurma Mərkəzi Afrika Ədalət və Azadlıq Döyüşçüləri Hərəkatı ilə Mərkəzi Afrika Respublikasının İntibah üçün Xalq Cəbhəsi arasında yaşanıb. Sudan sərhədində yerləşən Birao şəhəri uğrunda baş verən gərginlik 23 nəfərin ölümü ilə nəticələnib. 

Bildirilir ki, ərazidə təhlükəli vəziyyət hökm sürür, lakin atışmalar sərgiyib.

Qeyd edək ki, Mərkəzi Afrikada 14 silahlı qrup ölkənin qızıl ehtiyacı uğrunda vuruşur. Son 6 ildə 4,5 milyon insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Gülşən