Ekonomiks 14:38 29.04.2015

Mərkəzi Bank dövriyyədən manatı yığmağa başlayır

Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın ümumi həcmi 30 milyon manat olan qısamüddətli notlarının 5  milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilir. 

Bu barədə “Marja”ya Birjadan bildirilib. 

Bir notun  nominal dəyəri 100 manat,  tədavül müddəti 28 gün, ödəmə tarixi 27 may 2015-ci ildir.

Qeyd edək ki, Yanvar-Mart aylarında Bakı Fond Birjasında Mərkəzi Bankın notları üzrə ticarət aparılmamışdır.

Mərkəzi Bankın notları - Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.

Mərkəzi Bank 2013-cü ildə təxminən 300 milyon manatlıq not yerləşdirdiyi halda, 2014-cü ildə həcmi 158 milyon manatadək azaltmışdı. Ötən ilin ortalarından etibarən Mərkəzi Bank not emissiya etmirdi və bu dövriyyədə manat kütləsinin artırılması məqsədini daşıyırdı. İndi isə dollarlaşma ilə əlaqədar olaraq dövriyyədə manat artıqlığı yaranıb.

Qaynar.info