Ölkə 21:53 11.12.2017

Mərkəzi Banka yeni direktor təyin olundu

Arif Şirəliyev Mərkəzi Bankın strateji idarəetmə departamentinin direktoru təyin olunub.

Qaynarinfo-nun bankın rəsmi saytına istinadən məlumatına görə, bundan əvvəl ArifŞirəliyev həmin departamentin direktor müavini vəzifəsini tutub.

Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Bankın Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləmiş Vüqar Əhmədov bankın baş direktorlarından biri təyin olunub.