Ekonomiks 18:23 05.06.2018

Mərkəzi Bankın valyuta ehtiyatı açıqlandı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb.

Qaynarinfo banka istinadla xəbər verir ki, AMB-in valyuta ehtiyatları iyunun 1-nə 5 milyard 471,4 milyon dollar olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 464 milyon dollar, mayın 1-i ilə müqayisədə isə 5,6 milyon dollar çoxdur.