Ekonomiks 18:11 27.05.2015

Mərkəzi Bankın yeni manat siyasəti - VİDEO

Mərkəzi Bank pul siyasəti icmalını açıqlayıb. ANS TV-nin məlumatına görə, icmalda qeyd olunur ki, ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının həcmi 2,3 dəfə artaraq 18,3 milyard dollar təşkil edib. Avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb və 1,5 milyard avroya yüksəlib. 

Bankların satdığı nağd valyutanın həcmi isə 2.1 dəfə artıb. Ötən ilin I rübündə bu göstərici 2,2 milyard ABŞ dolları ekvivalenti təşkil etmişdirsə, bu il 4 ,6 milyard dollara çatıb. Bu məbləğin 4,3 milyard dolları elə ABŞ valyutasında, 288 milyon dolları Avro ilə satılıb.

İcmalda qeyd olunur ki, valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilib. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. 

Mərkəzi Bank bəyan edir ki, hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar.


Qaynar.info