Dünya 16:49 16.08.2019

Məsciddə partlayış: 4 ölü, 15 yaralı

Pakistanın Ketta şəhərinin Kuçlak bölgəsindəki məsciddə partlayış baş verib. 

Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Əl istehsalı olan partlayıcı maddələr cümə namazından əvvəl minbərin altına qoyulub.
 
Hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar hadisə yerinə cəlb olunub. 
 
Nərmin Həsənli