Dünya 16:18 14.06.2018

Məscidə bıçaqlı hücum: 2 ölü, 3 yaralı

Cənubi Afrika Respublikasının paytaxtı Keyp Taunda məscidə hücum edilib.

Qaynarinfo xəbər verir ki, ibadət zamanı Somalidən olan şəxs məscidə daxil olub və insanlara bıçaqla hücum edib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. 

Polisin xəbərdarlığına məhəl qoymayan cinayətkar başından vurularaq zərərsizləşdirilib. 30 yaşlarında olan həmin şəxs qalmağa yeri olmadığını və məscidə gəlmək istədiyini deyib və ibadət zamanı gözlənilmədən hücuma keçib. 

Gülşən