Dünya 18:00 22.07.2018

Məşhur agent üzə çıxdı: Həbs olunan həmkarına dəstək verdi

Dünyanın ən məşhur agentlərindən olan Anna Çapman yenidən ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, "qırmızı agent" ləqəbi ilə tanınan Anna ABŞ Federal Təhqiqat Bürosunun (FBİ) 2010-cu ildə Rusiya casus şəbəkəsinin 11 üzvündən biri idi. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) ən önəmli agentlərindən biri olan 36 yaşlı "qırmızı agent" ildə ABŞ tərəfindən həbs edilmişdi. O, 8 iyul 2010-cu ildə ikili agent olduğu üçün Rusiyada həbs olunan Sergey Skripalla Vyana aeroportunda dəyişdirilmişdi. 



Moskvada Vladimir Putin tərəfində qarşılanan Anna karyerasına siyasət və moda sahəsində davam edir. Sergey Skripal isə bir müddət əvvəl İngiltərədə zəhərlənmiş və bu böyük qalmaqala səbəb olmuşdu. 

Çapman iki ölkə arasında yaranan növbəti agent qalmaqalından sonra ortaya çıxıb. Bu dəfə hadisələrin mərkəzində həbs olunan Mariya Butina var. ABŞ kəşfiyyatı onu sorğu-sual etdiyi vaxt Anna sosial mediadan həmkarına dəstək verib. O, öz sosial media hesabından "Səni danışdırmaq və məlumatlar almağa çalşacaqlar, amma sən dayan" mesajını paylaşıb.