Ekonomiks 21:44 03.04.2018

Məşhur ailə gizli şəkildə 120 min Bitcoin aldı

İngiltərənin kraliyyət ailəsi iddialara görə, çoxlu sayda kriptovalyutaya sahibdir. Ailənin müxtəlif yollarla gizli saxladığı 120 min BTC-yə sahib olduğu bildirilir.

Məlumatlar "Coutt’s” bankında işləyən və adının açıqlanmasını istəməyən şəxs tərəfindən verilib. Kraliça II Elizabetin kriptovalyuta alışına icazə verdiyi, bu fikrin isə ailənin üzvü olan şahzadə Çarls tərəfindən irəli sürüldüyü deyilir.

Şahzadənin xüsusi sözçüsü Captain Philip Hugh-Jarsedən məsələ ilə bağlı belə ismarıc gəlib:

"Kraliça Elizabet Uels şahzadəsinin nəhayət ki, pul qazanma yolunu tapdığından dolayı sevincini ifadə etmək istəyir”.

Gizli saxlanılan Bitcoin alışı fəaliyyətlərinin "Coutt’s” bankın XXI əsrə adaptasiya olmasının bir hissəsi olduğu söylənilir. Çarlz Dikensdən II Elizabetə qədər Britaniyanın ən zəngin məşhurlarına xidmət göstərən "Coutt’s” müasirləşmə mərhələsinə qədəm qoyub. İdiiaya görə, bank daxilində bir qrup yaradaraq dünya müstəvisindəki satıcılardan Bitcoin almağa başlayıb.

"Coutt’s”-un investisiya strateqi Lilian Çovin dekabrda Bitcoin ilə bağlı hər hansı fəaliyyətin düşünülmədiyini açıqlamışdı.

Deyilənə görə, satın almaq əməliyyatı qızıl külçələrlə maliyyələşir. Bitcoin alınması üçün 7 milyard dollar dəyərində qızıl külçə hazırlanıb. Kraliçanın xüsusi katibi Lord Hovs Yerfater məsələ ilə bağlı bunları deyib:

"Görünməz internet pulları ilə əlaqədar iddiaları qəribə hesab edir və qəti şəkildə rədd edirik. Onlar yalnız heroin almaq üçün istifadə olunur, elə deyilmi?”

Digər kral ailələrinin də sıx və fiziki aktivlərlə gizli şəkildə kriptovalyuta aldığı bildirilir. Ötən günlərdə məşhur investor Şahzadə Alvalid bin Təlal da kralın icazəsi olmadan Orta Şərqdəki kral ailəsi üzvləri üçün Bitcoin aldığına görə həbs edilmişdi.

Səudiyyə hökuməti bu həbslərin səbəbini belə izah etdi:

"Qeyri-qanuni şəkildə internetdən pul yığıb, öz maraqlarını ictimai maraqdan üstün tutaraq zəif insanları istismar etmək”.

Şahzadənin daha sonra Bitcoin alışlarının yalnız kral və yaxınları üçün reallaşdıracağı ilə bağlı razılıq əldə olunduqdan sonra o, sərbəst buraxıldı.



Kriptovalyuta şərhçiləri kral ailələrinin bu addımından sonra qiymətlərin tezliklə artacağını və bir çox investorun mənfəət qazanacağını qeyd edirlər.

Tanınmış kriptovalyuta ticarətçisi Anaboliç Trab bunları yazıb:

"Mən yalnız quest protein məhsulu yemək və BTC enişinin acı çəkməsini izləmək üçün burdayam. Və bütün proteinim tükəndi”.


Mənbə: kripto.az