Maqazin 10:04 31.01.2018

Məşhur aktyor intihar etdi

ABŞ-ın məşhur komediya seriallarından olan "Glee"nin ulduzu Mark Sallinq intihar edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Los Ancelesdə yerləşən evində cansız bədəni tapılan 35 yaşlı aktyor uşaq pornoqrafiyası izləməkdə ittiham edilirdi. 2015-ci ildə polis tərəfindən evinə edilən basqında onun kompüterindən 50 min uşaq fotosu tapılmışdı. Ötən ilin 22 avqustunda intihara cəhd edən aktyor xilas edilmişdi. 

Onun barəsində dekabrda məhkəmə tərəfindən hökm verilməsi planlaşdırılırdı, lakin Sallinqin psixoloji vəziyyəti əsas gətirilərək qərar təxirə salınmışdı. 

Qeyd edək ki, "Children of the Corn IV: The Gathering" filmi ilə aktyorluq kariyerasına başlayan Mark Sallinq 2008 və 2010-cu illərdə "Smoke Signals" və "Pipe Dreams" adlı albomlar çıxarıb.

Gülşən