Sənət 10:04 13.09.2014

Məşhur aktyor sərxoş vəziyyətdə oteldən qovuldu - FOTO

Erkan Petekkaya müalicə olunmağa söz versə də sözünə əməl etməyib

Türkiyənin tanınmış aktyoru, “Öyle bir geçer zaman ki” serialı ilə şöhrət əldə edən Erkan Petekkaya içki içdiyi restorandan qovulub. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, buna, məkanın bağlanma saatında aktyorun restorandan çıxmaması səbəb olub.

Məlumata görə, daha əvvəl “Öyle bir geçer zaman ki” serialının çəkiliş meydançasına da içkili gedərək problemlər yaradan Petekkaya “Dila xanım” serialının çəkiliş heyətinə də oxşar sıxıntılar yaşadıb.

Qeyd edək ki, bir müddət əvvəl müsahibəsində içdiyi zaman heyvan kimi olduğunu deyən Petekkaya müalicə olunmaq qərarına gəldiyini bildirmişdi.

“Həyat yoldaşıma, mən içkili olanda məni kameraya çək – demişdim. Bir gün sərxoş vaxtımda çəkilən görüntüləri sonradan izləyəndə gördüm ki, ordakı sanki mən deyiləm, hətta insan da deyil, elə bil heyvandır. Çox utandım və müalicə olunmağa qərar verdim”.

Mətbuat isə Petekkayanın sözünün üstündə dayanmadığını, İstanbulda otellərdən birinin restpranında gec saatlara qədər içki içdiyi üçün qovulduğunu bildirir.


Qaynar.info