Maqazin 22:46 20.05.2015

Məşhur aktyorun tüfeyli həyat tərzi

Məşhur irlandiyalı aktyor Conatan Ris-Mayers küçədə içki içərkən görüntülənib. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmaz halda olan 37 yaşlı aktyorun tüfeyli həyat tərzi hər kəsi təəccübləndirib. 

Ləkəli kofta və cins şalvarda olan Conatan marketdən çıxar-çıxmaz içki şüşələrini açmağa başlayıb. 

2002-ci ildən alkoqol asılılığından xilas olmağa çalışan aktyor tez-tez reabilitasiya mərkəzlərində müalicə alır.

Qaynar.info