Sağlamlıq 18:10 04.02.2018

Məşhur alimdən açıqlama: 66 faiz xəstəliklər qida ilə sağalır

Dünyaca məşhur bolqar professoru, genetik alimi, onlarla kitabın müəllifi Xristo Mermerski dünyanı gəzərək oxuduğu mühazirələrdə insanlara bir həqiqəti çatdırır: qocalıq və xəstəliklər insanın təbii halı deyil.

Qaynarinfo Medicina.az-a istinadən xəbər verir ki, dünyada 70% insanlar ağlagəlməz dərəcədə zərərli qida və yeməklər səbəbindən ölür.

Podaqra, diabet, xora, infarkt, insult, xərçəng – sivilizasiyanın qidalanma bəlasıdır.

Əslində istədiyinizi az, həddi aşmadan və düzgün əlavələrlə yemək olar. Məsələn, Fransada ətin üzərinə qırmızı şərab əlavə edirlər. Və onların Janı Amerikadakı Condan uzun yaşayır.

İnsan ən çox təbii yoqurt yeməlidir. Quru süd və mayadan hazırlanan yoqurtlar faydalı deyil.

Natural, qatqısız, əsl yoqurt – mədə bağırsaq xərçənginin qarşısını alır, osteoparozun inkişafını dayandırır.

Dünyada ən gözəl təmizlənmə və arıqlama resepti belədir:

500 qr təbii yoqurta 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı darçın və 40 damcı propolis məhlulu əlavə olunur.  Səhər-axşam bunu yemək olar.

Əgər hər gün 2 saatdan bir 1 qaşıq yesəniz 1 aya beliniz incələcək, saçlarınız parlayacaq, gümrahlaşacaqsız.

Dünyanın ən yaxşı salatı kök və sarımsaqdan ibarət salatdır.

Ən faydalı qidası propolisdir. O, virusları öldürür, qastriti sağaldır, kolit, disbakterioz, antixərçəng təsir edir.

50 ml suya 20 damcı propolis damızdırıb, gündə 2 dəfə için.

Qidamızdakı zəhərlər:

Hazırda 200-dən çox kimyəvi maddə qidalara xoş ətir və rəng vermək üçün vurulur. Əgər bu maddələrdən birlikdə bir tablet düzəltsək, o tabletin 1 ədədi kifayət edər ki, insanı öldürsün.

Aldığınız ərzaqların etiketində yazılan sintetik natrium, nitrit sağlamlığın ən birinci düşmənidir. Bu maddəni ət məhsullarınımn tez çürüməsinin qarşısını almaq üçün vururlar: kolbasa, sosis, vetçina, konservlər, balıqda olur.

Ən təhlükəli konservantlar: butilat hidroksitulol və butilat hidroksianizoldur. Onları bəzi yağlara, çipslərə vururlar. Hazır tortlarda, saqqız, makaronda olur. Diqqət yetirin, bu ərzaqları da daha çox uşaqlar yeyir. Və onlar ağır allergiyalar və xərçəng yaradır.

Hazır qutuda şirələrin tərkibində bromin bitki yağı var ki, bu sitrus içkilərini çöküntüdən və sudan ayrılmadan qoruyur. Bu yağ insan üçün çox təhkükəlidir. O şirələri də uşaqlar içir.

Ona görə də təzə çəkilmiş şirələr için.

Bəşəriyyət XX əsrdə  indikindən 5 dəfə az şəkər yeyirdi. Şəkər, qənd – insan üçün ağ lənətdir. Ürək, böyrək, mədəyə elə bir zərbə vurur ki, heç bir dərmanla, müalicə ilə geri qaytara bilməzsən.

Yuxarı təzyiqi olan insanlar bilmir ki, onların düşməni qazlı içkilər, şəkər və duzdur. Duzlu çipslər, krekerlər, şoraba yemək intihardır.

Mənim fikrimcə uzun, sağlam ömrün qaydaları bunlardır:

•Sərf etdiyinizdən artıq kalori almayın

•Hər gün bir alma yeyin

•Bitki dəmləmələri və donmuş suyu açıb için

•Hər gün kontrast duş qəbul edin

•Sərin otaqda yatın

•Gündə 10 km piyada yol gəzin

•Heç vaxt qocalıq barədə düşünüb danışmayın.