Dünya 19:40 03.05.2013

Məşhur Amerikalı milyarder “Twitter”də

Amerikanın məşhur iş adamı, "Berkshire Hathaway" investisiya holdinqinin direktoru 82 yaşlı Uorren Baffet ötən gün "Twitter" mikrobloqlar sistemində öz adına hesab yaradıb.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, XX əsrin ən uğurlu investorlarından biri hesab edilən Baffet "@WarrenBuffett" adlanan hesab yaratdığını bildirib. Artıq bir neçə saata onun hesabına 150 mindən çox istifadəçi abunə olub. Lakin investor hələ ki "Twitter" mikrobloqlar xidmətində heç kəsin bloqunu oxumur.

"Artıq ailəm mənə 19-cu əsrdə ilişib qalmağımla bağlı irad tuta bilməz" – deyə milyarder zarafat edib. Baffet 1930-cu il avqustun 30-da Amerikanın Omaha şəhərində anadan olub, 1951-ci ildə Kolumbiya Biznes Məktəbini bitirib. O, 1965-ci ildən etibarən "Berkshire Hathaway" investisiya maliyyə şirkətinin baş direktorudur.

Qaynar.info