ATV-nin "Xəbərlər" proqramının aparıcısı Ceyhun Əli işdən ayrılıb. 

Qaynarinfo axşam.az-a istinadən bildirir ki, o, bundan sonra İTV-də fəaliyyətini davam etdirəcək. Hətta artıq bir həftədir ki, Ceyhun yeni iş yerinə gedib-gəlir.

O, sözügedən kanalda da fəaliyyətini "Xəbərlər"də davam etdirəcək. Ceyhun gələn həftədən İTV-də efirə çıxacaq.