Maqazin 18:26 05.08.2019

Məşhur azərbaycanlı aparıcının biznesmen ərinin həbs xəbəri yayıldı

Keçmiş ANS TV-nin aparıcısı Elnarə Təhməzovanın həyat yoldaşının həbs xəbəri yayılıb.

Qaynarinfo minval.İnfo-ya istinadən xəbər verir ki, məlumatda qeyd edilir ki, 2015-ci ilin avqustun 8-də ərə gedən aparıcı Elnarənin əri məşhur biznesmen Hacı Rövşən ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

İddia olunur ki, o, terror təşkilatı üçün 500 milyon dollar çirkli pul yumaqda ittiham olunub və məhkəmənin qərarı ilə ABŞ-da Rza Zərrabın da cəza çəkdiyi həbsxanaya yerləşdirilib.

Son illər Elnarə və həyat yoldaşı Dubayda yaşasa da, ərinin həbsindən sonra aparıcı bugünlərdə Bakıya qayıdıb.