Foto 14:10 07.08.2018

Məşhur azərbaycanlı idmançı ürək çatışmazlığından öldü (FOTOLAR)

Bu gün məşhur Kung Fu döyüşçüsü Cəhdi Ramil qəfil dünyasını dəyişib. 

Bu barədə milli.az-a idmançının dostu, dünya çempionu Anar Süleymanov məlumat verib. 

38 yaşında vəfat edən Ramilin ürək çatışmazlığından keçindiyi bildirilir.

Bildirək ki, mərhum idmançı bir müddət əvvəl Cəlal adında oğlunu itiribmiş.