Maqazin 14:43 12.07.2015

Məşhur bakılı 4-cü dəfə ata oldu - 3-cü evliliyi...

Tanınmış şahmatçı, “İnsan hüquqlarının müdafiəsi fondu”nun rəhbəri, keçmiş bakılı Harri Kasparov dördüncü dəfə ata olub. Qaynar.info modern.az-a istinadən xəbər verir ki, onun 3-cü arvadı Darya Tarasova Hariyyə oğlan uşağı doğub. Bu, cütlüyün ikinci övladıdır. Buna kimi onların Aida adlı qızları da vardı. Yeni doğulan körpəyə Nikolas adı verilib.

Qeyd edək ki, Harri Kasparov rəsmən 3 dəfə evli olub.

Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda mühəndis ailəsində anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.

Harrinin 7 yaşı olanda atası Kim Vaynşteyn xərçəng xəstəlyindən vəfat edib. Harrini anası Klara Kasparova böyüdüb. 1975-ci ildə SSRİ-də gizli antisemitizmin (yəhudilərə qarşı düşmənçilik) mövcud olması səbəbindən Klara Kasparova yaşına görə həddən artıq zəka nümayiş etdirən oğlu Harrinin umidverici şahmat karyerasını əngəlləməmək üçün aşkar yəhudi soyadı olan Vaynşteyni özünün qızlıq soyadı Kasparovla əvəzləyib. 

Harri 15 yaşında 18 yaşında SSRİ çempionu adını qazanıb. 1980-ci il 17 yaşlı Harri Kasparov SSRİ yığmasının heyətində Avropa çempionu olub. 

Kasparov 1985-ci il noyabrın 9-da dünya çempionu Anatoli Karpovu gərgin görüşdə 13:11 hesabı ilə məğlub edərək 22 yaşında şahmat üzrə dünya çempionu olub. 

1980-ci illərin sonlarında Harri Kasparov Bakıdan Moskvaya köçüb. Kasparov dünya çempionu olandan sonra düz 15 il ərzində şahmat tacının qeyd-şərtsiz hakimi olub. 

Qaynar.info