ABŞ-ın məşhur aktyorlarından olan Ronald Lii Örme dünyasını dəyişib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, dünya şöhrətli rejissor Stenli Kubrikin "Full Metal Jacket" filmində çıxış edən 74 yaşlı aktyor dünən vəfat edib. O, bu filmdə oynadığı Çavuş Hartman roluna görə Qızıl Qlobus mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, Ronald Lii Örme səs aktyoru kimi də məşhur idi.

Gülşən