İdman 11:12 26.02.2013

Məşhur futbolçu baş məşqçi oldu

13 il "Milan"da oynayan məşhur italyan futbolçu Cennaro Qattuzo məşqçilik karyerasına başlayıb. 

Qaynar.info-nun məlumatına görə, "Milan"dan ayrıldıqdan sonra İsveçrənin "Sion" klubuna keçən Qattuzo indi həmin klubun baş məşqçisi postunu tutub. 

Uzun müddət uğursuzluq zolağından çıxa bilməyən klubun rəhbərliyi çarəni baş məşqçini dəyişdirməkdə görüblər. Rəhbərliyin yeni planına görə, Qattuzo klubun baş məşqçisi olacaq və komandanı onun rəhbərlik etdiyi bir qrup oyunçu idarə edəcək.  

Klub verdiyi açıqlamasında, "Komandamız "Thun" qarşısında aldığı ağır məğlubiyyətdən sonra gedişatın yaxşı olmadığına qərar verdik və rəhbərlik olaraq oyunçulara daha çox məsuliyyət vermənin doğru olacağını düşündük. Klub bundan sonra Cennaro Qattuzonun rəhbərlik etdiyi bir qrup futbolçu tərəfindən oyunlara hazırlanacaq" deyilib. 

İsveçrə Super Liqasında mübarizə aparan "Sion" son 5 oyunda yalnız bir qələbə qazana bilib. 

Qaynar.info