İdman 11:06 25.06.2013

Məşhur futbolçu Braziliyanı tərk etdi - FOTOLAR

Konfederasiya Kubokunun 3-cü turunda keçirilən Braziliya-İtaliya oyununda zədələnən Mario Balotelli belçikalı sevgilisi ilə birlikdə Braziliyanı tərk edib. 

Qaynar.info-nun məlumatına görə, buna səbəb "Milan"ın hücumçusunun sol budunda ciddi travmanın yaranması olub. İtaliya millisinin həkim heyəti Balotelliyə Konfederasiya Kubokunda oynamağı qadağan edib.

Balotellini "Milan"ın 20 yaşlı hücumçusu Stefan El-Şaravinin əvəzləyəcəyi gözlənilir. 

Qaynar.info