İdman 22:17 22.05.2019

Məşhur futbolçu həbs edildi

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Buenos-Ayres hava limanında həbs edilib.

Qaynarinfo xarici KİV-ə isitnadən xəbər verir ki, Maradona əməliyyat olunmaq üçün Argentinaya yola düşüb. Ancaq o, geri qayıdan zaman hava limanında gözləmədiyi hadisə ilə üzləşib. Polis Maradonanı keçmiş sevgilisi Rosio Olivanın şikayəti əsasında tutub.

Qeyd edək ki, bundan bir müddət əvvəl Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək verdiyinə görə Meksika Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.