"Real"ın və Norveç millisinin sabiq futbolçusu Tomas Qravesen kumarda 90 milyon dollar udub. 

"Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, 2009-cu ildə karyerasını bitirən keçmiş yarımmüdafiəçi bir müddət məşqçilik etsə də, istədiyi qədər pul qazana bilməyib. Bundan sonra isə özünü qumarda sınamaq qərarına gəlib.

Məlumata görə, hazırda çex sevgilisi Kamila Persse ilə birlikdə yaşayan Qravesen indiyədək pokerdə 90 milyon dollar udub.

Qeyd edək ki, "Real" Qraveseni 2005-ci ildə "Everton"dan 3,4 milyon avroya alıb, 1.5 il sonra "Seltik"ə 3 milyon avroya satıb.

Qaynarinfo.Az