İdman 15:28 21.02.2013

Məşhur futbolçu "Manşester Yunayted"i rədd etdi

"Borussiya Dortmund"un polyak futbolçusu Robert Levandovskinin meneceri ulduz oyunçu haqqında gəzən şayiələrə münasibət bildirib.

Qaynar.info-nun məlumatına görə, Cezary Kuçarski Levandovskinin "Mançester Yunayted" klubu ilə danışıqlar apardığını təkzib edib: "Təkcə "Mançester Yunayted" deyil, bir çox klub oyunçumuzla maraqlanır. "Bayern Munich"in də bu klublardan biri olduğunu bilirəm. "Yuventus"la heç bir görüşümüz olmayıb. İyun ayında buna qərar verəcəyik".

Levandovskinin digər meneceri olan Mike Barthel isə verdiyi açıqlamasında oyunçunun transferi ilə bağlı məlumatların həqiqəti əls etdirmədiyini bildirərək, "Mətbuatda bizim adımızdan söylənildiyi iddia edilən xəbərlər həqiqət deyil. Xüsusilə, "Bayern Munich"lə bağlı yazılan başdan ayağa yalandır".

Qaynar.info