İdman 21:27 11.09.2019

Məşhur futbolçunun meneceri korrupsiyaya görə saxlanıldı

Real Madrid-in və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay saxlanılıb.

Qaynarinfo komanda.az-a istinadən xəbər verir ki, Henrotay Monako şəhərində korrupsiya və "çirkli pullar"ın yuyulmasında şübhəli şəxs kimi saxlanılıb.

Belçika Federal Prokurorluğu da Henrotayın polis tərəfindən saxlanıldığını və hazırda nəzarətdə olduğunu təsdiqləyib.