ABŞ Milli Basketbol Liqasının (NBA) əfsanələrindən olan Kobe Bryantın 6 milyon dollarlıq yatırım qoyduğu şirkətin dəyəri 200 milyon dollara yüksəlib.
Qaynarinfo xəbər verir ki, məşhur basketbolçu 2014-cü ildə idman içkiləri istehsal edən "BodyArmor" şirkətinə 6 milyon dollarlıq yatırım edib. 4 il ərzində şirkət dəyərini yüksəldərək 200 milyon dollara çatıb.
"BodyArmor"un dəyəri "Coca-Cola"nın bu şirkətin səhmlərinin kiçik hissəsini almasından sonra yüksəlməyə başlayıb.
Qeyd edək ki, Kobe Bryant 20 illik basketbol karyerası ərzində ümumilikdə 680 milyon dollar qazanıb.
Aydın
Şərhlər