İdman 20:42 06.01.2014

Məşhur idmançı rinqdə öldü

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yapon boksçusu Tessin Okada 6 yanvarda 17 gün əvvəl Tokioda peşəkar rinqdə debüt döyüşü zamanı aldığı travmadan vəfat edib.

İkinci yüngül çəkidə(52,1 kq - a qədər) çıxış edən yaponiyalı peşəkar rinqdə debütünün dördüncü, axırıncı raundunda nokauta düşüb. 21 yaşlı idmançı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və orada onun kəllə qutusunda trepanasiya(sümüklərin deşilmə əməliyyatı) əməliyyatı aparılıb.

Okada 1952-ci ildən bəri Yaponiyada aldıqları travmadan rinqdə həyatını itirən 38 - ci boksçudur.

Qaynar.info