Dünya 15:00 09.02.2019

Məşhur ingilis aktyor vəfat etdi

Britaniyalı aktyor Albert Finni 82 yaşında həyatını itirib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Finninin ailəsi aktyorun qısa çəkən xəstəlikdən sonra vəfat etdiyini açıqlayıb. 

Qeyd edək ki, "Saturday Night and Sunday Morning", "Tom Jones", "Scrooge", "Under the Volcano", "Orphans", "Erin Brockovich", "The Gathering Storm", "Big Fish" və s. filmlərlə tanınan Albert Finni BAFTA, Qızıl Qlobus, Akademiya Mükafatlarına sahib çıxıb.

Gülşən