Dünya 17:50 14.04.2018

Məşhur iş adamının cənazəsində qalmaqal: "Haqqımızı halal etmirik"

Türkiyənin məşhur iş adamlarından olan Mutullah Yolbulanın cənazəsində qalmaqal yaşanıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 11-də son mənzilə yola salınan biznesmenin cənazəsinə işdən çıxardığı bir qrup işçi də qatılıb.

Onlar mərasimdə mərhuma haqlarını halal etmədiklərini söyləyiblər.

Qısa müddətli çaxnaşmadan sonra mərasim davam etdirilib və M.Yolbulan torpağa tapşırılıb.