Dünya 11:33 11.11.2013

Məşhur jurnalist dünyasını dəyişdi


Türkiyənin məşhur televiziya jurnalisti Savaş Ay noyabrın 9-da dünyasını dəyişib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Savaş Ay müalicə olunduğu Samatya dövlət xəstəxanasında keçinib.
O, 15 ildir ki, xərçəng xəstəliyində əziyyət çəkirdi.

1954-cü il doğumlu Savaş Ay Türkiyənən tanınmış “Tercüman”, “Vatan”, “Milliyet”, “Sabah” qəzetlərində, Atv, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV və Star TV telekanallarında çalışıb.


Qynar.info