Məşhur klubdan Azərbaycan millisinin üzvünə 850 minlik təklif

Məşhur klubdan Azərbaycan millisinin üzvünə 850 minlik təklif

ABŞ-ın MLS Liqasında mübarizə aparan "Sportinq Kanzas Siti" millimizin müdafiəçisi Bəhlul Mustafazadəyə dəvət göndərib.

Sportinfo.az xəbər verir ki, ABŞ-ın Kanzas şəhərini təmsil edən komanda futbolçunun məxsus olduğu "Sabah"a birbaşa müqavilə təklifi ünvanlayıb.

Okeanın o tayından gələn dəvət kifayət qədər cəlbedicir. Bakı klubunun qapısını 3 illik müqavilə üçün döyən ABŞ təmsilçisi Bəhlulun hər ilinə 850 min manat ödəməyə hazır olduğunu bildirib.

"Sportinq" müdafiəçi ilə yanvarda müqavilə bağlamaq istəyir. ABŞ-da mövsüm Avropa ölkələrindən fərqli olduğu üçün kanzaslılar yığmamızın üzvünü dərhal heyətə cəlb etmək fikrindədir. MLS Liqası hər ilin martında başlayır, noyabrda yekunlaşır. Əsası 1995-ci ildə qoyulmuş klub MLS Liqasının Qərb Konferensiyasının noyabrın 10-da başa çatmış son mövsümünü 12 komanda arasında 11-ci pillədə yekunlaşdırıb.

"Sabah" Mustafazadəni yayda "Qəbələ"dən 3 illik müqavilə ilə heyətə cəlb edib. Masazır təmsilçisi Bəhlula görə bölgə klubuna 100 min manat ödəyib.
XƏBƏRLƏR
BLOGLAR