Dünya 13:58 20.04.2018

Məşhur mafiya başçısı öldürüldü (FOTO)

Kriminal aləmdə "Bubi" kimi tanınan 45 yaşlı mafioz Yorqos Litsos Yunanıstanın Afina şəhərində güllələnərək öldürülüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, kimliyi bilinməyən iki şəxs onun avtomobilini gülləbaran edib.

"Bubi" ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis qətlin cinayətkar qruplaşmalar arasında hesablaşma səbəbindən törədildiyini ehtimal edir.

Qeyd edək ki, "Bubi" Yunanıstan mafiasının "Xaç atası" kimi tanınırdı.