Dünya 16:45 13.12.2013

Məşhur milyarder Yanukoviçi danışıqlara çağırdı


Ukraynalı milyarder Rinat Əhmədov hakimiyyət və müxalifəti danışıqlar stolu arxasına əyləşməyə çağırıb.

Qaynar.info
xəbər verir ki, milyarderin fikrincə həll yolunun tapılması Ukrayna xalqının xeyrinə olar.

Biznesmenin sözlərinə görə, belə bir qərar uzunumüddətli perspektivdə ölkənin bütün əhalisi üçün çıxış yoludur.

Milyarder bildirib ki, danışıqlar stoluna oturmaq siyasətçilər üçün reytinq itkisi olar, amma bu Ukraynanın özünün reytinqinin yüksəlməsinə səbəb olacaq.

Əhmədov ölkə əhalisinin Maydana "Kiyev nə üçün Avropa Birliyi ilə müqavilə imzalamadı?" sualına cavab axtarışı üçün çıxdığını deyib.

Qaynar.info