Foto 13:29 05.02.2019

Məşhur model 37 yaşında öldü (FOTOLAR)

İrlandiyalı məşhur model Alli Makdonnel 37 yaşında həyatını itirib.

Qaynarinfo Mirror-a istinadən xəbər verir ki, 4 uşaq anası olan Alli "Ireland AM" televiziya şousunda aparıcılıq fəaliyyəti ilə məşhurlaşmışdı. Övladlarından biri autizm xəstəsi olan model bu sahədə maarifləndirmə işlərində fəaliyyət göstərirdi. 

Qeyd edək ki, model ölümündən qısa müddət əvvəl "Instagram"da "Niyə qadınları çirkin və gombul adlandırmaq kişilər üçün normaldır?" başlıqlı post paylaşıb. Polisin ölümün səbəbinin şübhəli olmadığını açıqlayıb.

Gülşən