Dünya 17:01 05.10.2017

Məşhur model: «Tramp zəng vurub dedi ki, mənimlə olmalısan»

Amerikalı model və aktrisa Bruk Şields ABŞ prezidenti Donald Tramp barədə qalmaqallı açıqlama verib. 

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, cazibədar model Tramp ona məşuqəsi olmaq barədə təklif etdiyini deyib.

“Film çəkirdik. Tramp ikinci həyat yoldaşından boşanan kimi mənə zəng vurdu və mənimlə birlikdə olmaq istədiyini dedi: “Biz birlikdə olmalıyıq. Sən Amerikanın sevimli ulduzusan, mən isə ölkənin ən varlı adamıyam. İnsanlar bu cütlüyə heyran qalacaqlar”. Mən də ona dedim ki, sevgilim var və bundan xoşu gəlməyəcək. Trampın təklifini rədd etdim”, - deyə Bruk Şields qeyd edib. 

Bruk Şields Trampa rədd cavabı verən ilk məşhur deyil. Candice Bergen və Emma Tompson da Trampla birlikdə olmaqdan imtina etdiklərini açıqlamışdılar. 

Qaynarinfo.Az