Video 14:22 07.05.2018

Məşhur müğənni futbol üzrə Azərbaycan Kubokunun finalında oxuyacaq (VİDEO)

Mayın 28-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun finalına əcnəbi müğənni dəvət olunub.

Qaynarinfo-nun Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, "Qəbələ” və "Keşlə” komandaları arasında baş tutacaq görüşdən öncə Rumıniyanın məhşur müğənnisi Seeya çıxış edəcək.

O, futbolsevərlərə ünvanladığı müraciətində hər kəsi oyunun baş tutacağı Qəbələ şəhər stadionuna səsləyib: "Salam, Azərbaycan. Mən Seeya Respublika Günündə sizinləyəm. Sizcə, qalib hansı komanda olacaq: "Keşlə”, yoxsa "Qəbələ”? Sizi Qəbələ şəhər stadionunda gözləyəcəyəm. Hansı komandanın qalib olacağını birlikdə izləyək. Beləliklə, mayın 28-də saat 19:00-da sizi gözləyirəm”.

Qeyd edək ki, Seeya "Chocolata” mahınısı ilə məhşurlaşıb.