Maqazin 17:06 18.01.2015

Məşhur müğənni həmkarını təhqir etdi - QALMAQAL

Türkiyənin tanınmış müğənniləri Hülya Avşarla Yıldız Tilbe arasında qalmaqal yaşanıb. Anspress-in məlumatına görə, "Bu tarz benim" dəb yarışmasında münsif heyəti qismində əyləşən Hülya Avşarın ehtiyatsızlığı yeni qalmaqala səbəb olub.

Belə ki, yarış iştirakçılarından biri müğənni Yıldız Tilbeni təqlid edib. Hülya Avşar isə "səndə bu təqlid alınmayıb. Çünki sən gözəlsən" deyib. Sözlərinin sərt olduğunu görən Avşar "Yıldız məni səhv anlamasın, əlbətdə ki, çirkin və sairə demədim"  deyərək Yıldız Tilbenin könlünü almağa çalışıb. 

Amma alınmayıb. Yıldız Tilbe bərk əsəbiləşərək "Twitter" hesabında ağır sözlər işlədib, Hülya Avşara "xəstə", "əxlaqsız", "meymun" deyib. 

Yildlz Tilbe, "Sənin kimi hər yerimi açıqda qoyub gəzmirəm, meymun xanım" deyərək, Hülya Avşara öz etirazını bildirib.


Qaynar.info